08 May 2024
Putin və Makron Qarabağ məsələsini müzakirə etdilər

Putin və Makron Qarabağ məsələsini müzakirə etdilər

21 Dekabr 2021
Baxış: 481

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

İki ölkənin lideri Azərbaycanın Qarabağ regionundakı vəziyyəti və Ukraynadakı son durumu müzakirə edib.

Prezidentlər Qarabağ nizamlanmasına dair fikir mübadiləsi zamanı vəziyyətin sabitləşməsindən və göstərilən səylərdən məmnunluqlarını ifadə ediblər.

Prezidentlər həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar.