30 Aprel 2024
"Putin Ukrayna ilə kifayətlənməyəcək" - Zelenskidən Avropaya XƏBƏRDARLIQ

"Putin Ukrayna ilə kifayətlənməyəcək" - Zelenskidən Avropaya XƏBƏRDARLIQ

24 Mart 2022
Baxış: 496

“Biz ancaq xalqımızı xilas etmək istəyirik”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

O bildirib ki, Rusiya Ukraynada dayanmaq niyyətində deyil: “Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir”.(Report)