29 Aprel 2024
Putin əmr verdi: Nüvə silahlarıyla… – BÜTÜN DÜNYA ŞOKDA

Putin əmr verdi: Nüvə silahlarıyla… – BÜTÜN DÜNYA ŞOKDA

08 İyul 2022
Baxış: 433

Vladimir Putinin əmri ilə Rusiya ordusu nüvə başlığı daşıya bilən qitələrarası “Yars” ballistik raketlərini sınaqdan keçirib.

AJMEDİA.İNFO Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, təlim iyulun 6-da Qərbi Sibirdə yerləşən meşəlik ərazidə baş tutub. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimdə 100-dən artıq hərbi texnika iştirak edib. Təlim zamanı texnikaların yerdəyişməsi, manevrləri yerinə yetirərkən raket bölmələrinin və dəstələrinin düşməndən mühafizəsiylə bağlı məşqlərin edilidiyi bildirilir.

“Daily Mail” yazır ki, təlim Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin səsləndirdiyi “Moskva hərbi cinayətlərə görə cəzalandırılacağı təqdirdə, bəşəriyyətin mövcudluğu şübhə altında olacaq” ifadəsindən bir neçə saat sonraya təsadüf edib.

Medvedev həmin çıxışında xəbərdarlıq edib ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiyaya qarşı “hüquqi etibarsız” hərəkətlərdən çəkinməldir. O, əlavə edib ki, ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özü-özlüyündə absurddur və bəşəriyyətin varlığını şübhə altına atmaq deməkdir: “Bu gün ABŞ-ın cinayətkar siyasətinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna bilər. Rusiya ilə bu işləməyəcək. Bunu çox gözəl başa düşürlər. Ona görə də murdar müharibə itləri öz iyrənc köpəkləri ilə qarşımızda dayanırlar. ABŞ və onun müttəfiqləri bu sözləri yadda saxlamalıdırlar: “Mühakimə etmə ki, mühakimə olunmayasan”. Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiya “cavab addımları”na hazır olacaq. İlk növbədə bu ölkələrlə sərhədə “İsgəndər” raketlərinin quraşdırılması nəzərdə tutulur. Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Və bu, əbədi olaraq belə qalacaq. Krıma hər hansı müdaxilə cəhdi ölkəmizə qarşı müharibə elanıdır”.(azpolitika.info)