30 Aprel 2024
Putin əleyhinə çıxış edən rusiyalı jurnalist barədə qərar verildi: Oktyabrın 9-dək...

Putin əleyhinə çıxış edən rusiyalı jurnalist barədə qərar verildi: Oktyabrın 9-dək...

12 Avqust 2022
Baxış: 390

Rusiya dövlət televiziyasının 1-ci kanalında canlı yayımda müharibə əleyhinə pankart açan jurnalist Marina Ovsyannikova haqqında qərar verilib.

AJMEDİA.İNFO bildirir ki, iyulun 15-də müharibə əleyhinə nümayişdə iştirak etdiyi səbəbi ilə hakim qarşısına çıxarılan Ovsyannikova sıx təhlükəsizlik tədbirləri altında məhkəmə zalına qandallı gətirilib. Prokuror Ovsyannikovanın Rusiya ordusuna qarşı yalan məlumat yaymaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə prokurorun tələbini yerinə yetirməyib.

Belə ki, Ovsyannikovanın oktyabrın 9-dək ev dustaqlığında saxlanmasına qərar verilib.

Qeyd edək ki, Ovsyannikova martın 14-də Rusiya dövlət televiziyasının 1-ci kanalında axşam xəbərləri zamanı kameralar qarşısına keçərək “Burada sənə yalan danışırlar, müharibəyə yox” yazılmış pankart açıb. Ovsyannikova etirazından sonra saxlanılaraq televiziyadakı işindən qovulub. Həbs olunmadan mühakimə olunan Ovsyannikova Moskva Ostankinski Məhkəməsi tərəfindən 30 min rubl məbləğində cərimə edilib.(sfera.az)