08 May 2024
“Putin də razı olsa...” - Zelenskidən Ərdoğanın təklifinə REAKSİYA

“Putin də razı olsa...” - Zelenskidən Ərdoğanın təklifinə REAKSİYA

30 May 2022
Baxış: 475

Kiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Volodimir Zelenskinin Ankaranın vasitəçiliyi ilə görüşünü təşkil etmək təklifinə ilkin razılıq verib.

AJMEDİA.İNFO teleqraf-a istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov Ərdoğanın irəli sürdüyü təkliflə bağlı sualı cavablandırıb.

O bildirib ki, Putin qəbul edərsə, Ukrayna belə bir danışıqlar formatını müzakirə etməyə hazırdır:

“Bu söhbət Türkiyə və Rusiya arasında olub. Ukraynanın mövqeyinə gəlincə, Rusiya prezidenti belə bir təklifə razılıq versə, bunu nəzərə alacağıq”.