29 Aprel 2024
Psixiatrik pandemiyanın yaratdığı kütləvi travmanın nəticələri uzun müddət hiss olunacaqdır...

Psixiatrik pandemiyanın yaratdığı kütləvi travmanın nəticələri uzun müddət hiss olunacaqdır...

04 Fevral 2022
Baxış: 2154

Koronavirus pandemiyasının başlamasından keçən iki il təkcə bədən və orqanlarımıza deyil, həm də psixi sağlamlığımıza mənfi təsir göstərdi. Bu mənada aparılan çoxsaylı elmi araşdırmalar pandemiyanın başlamasından sonra narahatlıq pozğunluqları, travma sonrası stress pozğunluğu, depressiya, spirt-maddə asılılığı və yuxu pozğunluqlarında ciddi artım olduğunu ortaya qoyub. Əslində Ümumdünya Səhiyyə Təşkilatı 2021-ci ildə verdiyi açıqlamalarda bu məsələyə toxunarkən, koronavirusun yaratdığı kütləvi travmanın İkinci Dünya Müharibəsindən qat-qat çox olduğunu bildirmişdi. Və pandemiyanın psixi sağlamlığımıza təsirinin uzun illər davam edəcəyi barədə də xəbərdarlıq etmişdi. Buna görə də, Omicronun əvvəlki Alpha, Beta, Delta variantlarından daha az ölümcül olması və xüsusilə sürətlə artan peyvənd nisbəti səbəbindən yüngül pandemiyadan endemik vəziyyətə keçid vəziyyəti kimi perspektivli inkişaflarla yanaşı, psixiatrik problemlər baxımından pessimist bir mənzərənin şahidi oluruq. Üstəlik, həm dünyada, həm də ölkəmizdə həyəcanverici dərəcədə...
Psixiatrik pandemiya təkcə Avropada deyil, bütün dünyada başladı. Xüsusilə, yeniyetmələrdə bu hallar çox artıb. Əlamətləri şiddətli davranış pozğunluğu olan yeniyetmələr daha çox görürük. Çünki onlar belə bir şeyə hazır deyildilər və kifayət qədər yetkinlikləri yoxdur. Başqa sözlə, pandemiyadan ən çox təsirlənən yeniyetmələrdir.
Depressiyaların yaranması, evdən qaçmalar, həddindən artıq oyun asılılığı, məktəbdən imtina hansı ki, bir çoxu məktəbə belə getmək istəmir. Valideynlərin ünsiyyəti də zəifdirsə, uşaq bütün günü evdə qalaraq oynayır, bu isə onun məktəbdəki uğurlarına çox mənfi təsir göstərir. Xüsusilə ünsiyyəti zəif olan və ya dağılan ailələrdə daha böyük problemlərin olduğunun da yəqinki şahidi olmusuz.
2002-ci ildə Nobel mükafatı almış psixoloq Kahnemanın gözlənti nəzəriyyəsinə görə; İnsan bir mövzuya inanmaq istəyəndə bunun səbəblərini tapır. Bir şeyi çox istəyirsə və ya çox qorxursa, diqqətini cəmlədiyi mövzularda zehni tələlər yaranır və görürsən, çox ağıllı, ziyalı, güclü insanlar da səhv qərarlar verirlər. Məsələn, peyvəndi bir çoxu beynəlxalq şirkətlərin tələsi adlandırır. Hətta peyvənddən sonra ciddi şəkildə qoluna maqnit tutanlar belə var və buna inanırlar. Bəzi insanlar da peyvənddən qorxaraq paranoid olurlar.
Əziz oxucu, Covid dünyada bütün tarazlıqları pozdu. Odur ki, Omicrondan yaxşı ssenarili endemik gözləntilər gerçəkləşsə, qrip kimi bir vəziyyətə çevrilsə belə, əmin olun ki, yaratdığı kütləvi travmanın nəticələri uzun müddət hiss olunacaqdır...


Elsevər Məmmədov
Araşdırmaçı jurnalist