29 Aprel 2024
Prezidentin səfərindən sonra İcra Hakimiyyəti ağacları çıxardı - VİDEO

Prezidentin səfərindən sonra İcra Hakimiyyəti ağacları çıxardı - VİDEO

03 Fevral 2022
Baxış: 610

Gəncə şəhərində Prezident İlham Əliyevin səfərindən öncə yola qoyulan ağaclar Prezidentin səfəri bitən kimi yığışdırılıb.

AJMEDİA.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları video böyük müzakirə yaradıb.

Gəncə şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, məsələ araşdırılır. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 31-də Gəncə şəhərinə səfər etmişdi.