Gözətçi kollecdə 17 yaşlı qızla cinsi əlaqədə oldu... - Lənk...
1 dəqiqə əvvəlPrezidentdən beşdən çox uşağı olan qadınlarla bağlı FƏRMAN
13 Yanvar 2023
Baxış: 339
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manat müəyyən edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.