29 Aprel 2024
Politoloq Rüstəm Tağızadə: -İsrail Azərbaycan münasibətlərində yeni dövr

Politoloq Rüstəm Tağızadə: -İsrail Azərbaycan münasibətlərində yeni dövr

28 İyul 2021
Baxış: 1011

İsrail Azərbaycan münasibətlərində yeni dövr.
Qədim dövrlərdən Azərbaycanda yaşayan yəhudilərin burada məskunlaşması ilə bağlı bir neçə versiya mövcuddur. Birinci mülahizəyə görə, yəhudilər ilk dəfə Azərbaycana e.ə 6-cı, 5-ci əsrlədə Yerusəlimin Babilistan tərəfindən işğalından sonra gəlmişlər. Alban tarixçisi Musa Kalankatlı Dağ yəhudilərinin Cənubi Qafqaza gəlişini e.ə 1-ci əsrə aid etmişdir. Avropa yəhudilərinin Qafqaza gəlişi isə Çar Rusiyasının işğalı ilə əlaqədardır. Bakıda Avropa Yəhudilərinin ilk sinaqoqu Bakıda 1830-cu ildə istifadəyə verilib. Bu gün ölkədəki yəhudilərin böyük hissəsini dağ yəhudiləri təşkil edir və onlar əsasən Quba rayonundakı Qırmızı Qəsəbədə və Bakıda, Aşkenazilər isə əsasən Bakıda yaşayır. Bunlardan başqa ölkədə gürcü yəhudiləri, krımçaklar (karayimlər), kürd yəhudiləri, rus mənşəli subbotniklər (gerlər) də vardır ki, onlar dini olaraq iudaizmə sitayiş etsələr də, etnik olaraq yəhudi sayılmırlar. Hazırda Azərbaycandakı yəhudilərin toplam sayı 12 minə yaxındır. SSRİ dağıldıqdan sonra Azərbaycan ilə İsrail arasında əlaqələr quruldu. İsrail Azərbaycanın müstəqiliyyini 25 dekabr 1991-ci ildə tanıdı. Diplomatik münasibətlər 1992-ci il 7 aprel tarixində qoyulmuşdur. Onu da qeyd etmək lazımdır ki, dövlət başçılarının ilk görüşü 29 avqust 1997-ci ildə baş tutmuşdur. İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanda səfərdə olmuşdur. Daha sonra İsrail Prezidenti Şimon Perez 2009-cu ildə Bakıya səfər etmişdir. Şimon Perezin Bakıya gəlişindən sonra rəsmi Tehran Azərbaycandakı səfirini geri çağırmışdı. Bu dövrdə İsrail ilə Azərbaycan arasında münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edir.
Benyamin Netanyahu 2016-cı il Bakıya ikinci rəsmi səfərini gerçəkləşdirir. Benyamin Netanyahu “Xabad-Or-Avner” Təhsil Mərkəzində oldu. Benyamin Netanyahunun bu səfərindən cəmi bir il sonra önəmli hadisə baş verdi. 2017-ci ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. Bu komissiyada hər iki tərəfdən nazirliklər və dövlət qurumları təmsil olunmuşdur.
Azərbaycan İsrail arasında iqtisadi əlaqələr ildən-ilə artır. Hər iki dövlət bunda maraqlıdır. İsrail daha çox Azərbaycanın enerji resursları ilə maraqlanır. Azərbaycana isə İsrailin texnologiyaları cəzbedici gəlir. Dövlət Statistika Komitəsinin 2019-cu il hesabatına əsasən Azərbaycandan İsrailə ixrac 1,3 milyard dollar, İsraildən Azərbaycana idxal isə 43,7 milyon dollar həcmində olmuşdur. Azərbaycan İsraili xam neft, qaz, neft məhsulları ilə təmin edir. Azərbaycan və İsrail arasında olan strateji tərəfdaşlıq zaman zaman daha da böyüyür və əməli olaraq böyük işlər görülür.
İsrailin Baş Naziri Benyamin Netanyahu 2016-cı ildə Bakıya səfəri zamanı illüstrasiyalı şəkildə Azərbaycan-İsrail münasibətlərini “hər yerdə müsəlmanlar və yəhudilər arasında hansı münasibətlərin ola biləcəyini və olması lazım olduğunu” nümunə olaraq göstərdi. Üstəlik, Vaşinqtonda yerləşən Etnik Anlaşma Fondunun prezidenti Yəhudi-Amerikalı ravvin Mark Schneier 2019-cu ildə Bakı Mədəniyyətlərarası Forumuna verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və digər ölkələr də daxil olmaqla ərəb ölkələrindəki Yəhudilərə və İsrailə münasibətləri və münasibətləri yaxşılaşdırdığını söylədi. Bunlar hamısı “Azərbaycanın birbaşa səyləridir”.
İsrail rəsmilərinin bu çıxışlarını təhlil etsək görə bilərik ki, İsrail Azərbaycana strateji tərəfdaş və dost ölkə kimi baxır. Onun etdiyi diplomatik manevrləri yüksək qiymətləndirir.
Real siyasət dünyasında İsrail və Azərbaycan arasında sadəcə praqmatik münasibətlərdən daha yaxın münasibətlər var. İsrail tərəfdən bu münasibətlər İsrailin Azərbaycanı münaqişəyə sürükləmədən İrana baxmasına imkan verən çox ölçülü komponentlərə malikdir. Azərbaycan və İran, ortaq bir dini və qismən mədəniyyəti paylaşaraq, hər ikisi də Qafqaz güc balansını qorumaq üçün real siyasət istifadə edirlər .
Yerusəlim Strateji və Təhlükəsizlik İnstitutundan Efraim İnbar CBN News-a bildirib: " Azərbaycan İsrail üçün çox vacib bir ölkədir, çünki İsrailin çox hissəsini təmin edir " . “Yəhudi bir topluluğunun da çox yaxşı davrandıqları bir ölkədir və müsəlman ölkəsidir və müsəlman ölkələri ilə yaxşı əlaqələr qurmağı çox istəyirik. Və nəhayət, İranla həmsərhəddir və açıq şəkildə İrana baxmaqda maraqlıyıq. ”
Bildiyimiz kimi ikinci Qarabağ müharibəsində İsrailin müasir silahlarından ordumuzda istifadə olundu. Effektiv təsir göstərən İsrail silahları Qarabağda Ermənistanın hava hücumundan olan sistemlərini, tanklarını sıradan çıxardı.
İsraildə 2 iyun 2021 –ci il prezident seçkiləri baş tutdu. İsaak Herzoq İsrailin 11-ci prezidenti seçildi. Benyamin Netanyahunun başçılığı altında 2007-2011-ci illər Rifah və Sosial Xidmətlər naziri vəzifəsində çalışıb. İsrailin hal-hazırda baş naziri Naftali Benetdir. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu. 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı. 2021-ci il 13 iyun tarixində isə Yamina partiyasından İsrailin Baş naziri seçildi.
İsrailin yeni hökuməti Azərbaycanla münasibətlərində nə vəd edir? Qeyd etmək lazımdır ki, partiya mənsubluğundan asılı olmayaraq İsrailin geosiyasi strateji tərəfdaşı olan Azərbaycan bu statusu qoruyur. Bunları nəzərə alaraq deyə bilərik ki, indiki hökumət Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələrini yüksələn xətt üzrə davam etdirəcəklər. Hərbi sahədə əməkdaşlıq daha da inkişaf edəcək. Yaxın gələcək üçün İsrail və Azərbaycan rəsmilərinin görüşünün baş tutması üçün birgə səylər görülməlidir. İkinci Qarabağ müharibəsindən sonra ikitərəfli görüşlərin keçirilməsi həm İsrailin , həm də Azərbaycanın maraqlarına uyğundur. Bu Azərbaycanı sıxışdırmağa çalışan, onun uğurlarına qısqanclıqla yanaşan dövlətlərə də bir siyasi mesajdır.


Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə