30 Aprel 2024
Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

22 Dekabr 2021
Baxış: 497

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 28 142 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 328 162 təşkil edir.