29 Aprel 2024
Pandemiya Almaniyada erməni bandit klanları arasında çəkişmələrə mane ola bilmir

Pandemiya Almaniyada erməni bandit klanları arasında çəkişmələrə mane ola bilmir

29 İyun 2020
Baxış: 382

Almaniyanın Ayhsfeld şəhərində bir-biri ilə rəqabət aparan iki erməni klanı arasında çəkişmələr təzədən başlanıb.

AJM xəbər verir ki, 31 yaşlı bir kişi göy rəngli “Audi” avtomobili ilə vurulub. Sürücü bununla da kifayətlənməyib, avtomobili soyuqqanlı tərzdə və qəsdən öz qurbanının üstündən sürüb. Zərərçəkmişi xəstəxanaya çatdırmaq üçün təcili yardım helikopteri çağırılıb.

Dərhal aviasiyadan istifadə etməklə genişmiqyaslı polis əməliyyatına başlamaq barədə əmr verilib. Prokurorluq qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi qaldırıb. Yeri gəlmişkən, xəstəxanaya çatdırılan şəxs polisə heç də yaxşı tərəfdən məlum deyil. O, dəfələrlə Almaniyada erməni klanları arasında çəkişmələrin iştirakçısı olub. Son illərdə belə hallar daha da fəallaşıb. Hüquq-mühafizə orqanlarının sərəncamında olan operativ məlumata görə, bu iki klan Türinqiyanın narkotiklər alveri zonalarına bölünməsi və Ermənistandan bu federal əyalətdəki fahişəxanalar üçün “canlı mal” gətirilməsi məsələsində öz aralarında düşmənçilik edirlər. Görünür, bu başıbəlalı cəlayi-vətənləri pandemiya da ağıllandıra bilmir.

Teqlər: Pandemiya