29 Aprel 2024
Oqtay Şirəliyevin oğluna VƏZİFƏ VERİLDİ - FOTO

Oqtay Şirəliyevin oğluna VƏZİFƏ VERİLDİ - FOTO

11 Aprel 2022
Baxış: 642

“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti sədrinin müşaviri təyin edilib.

Murad Şirəliyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.

O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.