30 Aprel 2024
“Onun üçün cəhənnəmdə ayrı qazan var” - Şakira

“Onun üçün cəhənnəmdə ayrı qazan var” - Şakira

01 Mart 2023
Baxış: 414

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira ispaniyalı futbolçu Jerar Pikedən ayrılması ilə bağlı yeni açıqlama verib.

AJMEDİA.İNFO xəbər verir ki, o, “Ultima Hora”ya müsahibəsində qeyd edib ki, vətəndaş nikahlı ərindən ayrılması onu daha güclü və müstəqil edib:

“Qadının tam olması üçün kişiyə ehtiyac duyması haqda hekayəyə inanırdım. Mənim də ailə xəyalım var idi, harada ki uşaqların anası və atası eyni dam altında yaşayır. Əvvəllər emosional olaraq kişilərdən asılı idim, indi isə heç kimə ehtiyacım yoxdur və özümü tam hiss edirəm, çünki özüm özümdən asılıyam”.

Şakira, həmçinin Jerar Pikenin yeni sevgilisi haqda danışıb: “Digər qadınları dəstəkləməyən qadınlar üçün cəhənnəmdə ayrı qazan var”.

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar. Onların iki oğlu var. Onların ayrılması 2022-ci ilin yayında məlum olub. Buna səbəb futbolçunun müğənniyə 23 yaşlı Klara Çia ilə xəyanət etməsi olub.