29 Aprel 2024
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

01 Fevral 2022
Baxış: 506

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38362 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3308, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1420, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33634 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12039129, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5233696, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4743594, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2061839 təşkil edir.