30 Aprel 2024
Oleq Kuznetsov: “Rusiya-Azərbaycan münasibətləri yüksək mehriban qonşuluq səviyyəsindədir”

Oleq Kuznetsov: “Rusiya-Azərbaycan münasibətləri yüksək mehriban qonşuluq səviyyəsindədir”

27 Noyabr 2021
Baxış: 619

“Son illərdə Rusiya-Azərbaycan münasibətləri ən yüksək mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq səviyyəsinə malikdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, bu, xüsusən də iqtisadi sahədə özünü göstərir. Son təqvim ili ərzində iki ölkə arasında mal dövriyyəsi artımının 11 % təşkil etməsi bunu bir daha sübut edir.

“Ölkələrimiz arasında ticarət həcmlərinin artması dövlətlərarası münasibətlərin vəziyyətinin ən yaxşı göstəricisidir. Rəsmi Moskva və Bakı arasında heç bir gərginlik yoxdur. Ara-sıra meydana gələn və hüquq elmində “maraqların toqquşması” kimi adlanan fikir ayrılıqları adətən ikitərəfli məsləhətləşmələr zamanı həll olunur”, - deyə politoloq deyib.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə Soçidə danışıqların təşkilindəki rolunu şərtləndirici adlandıran O.Kuznetsov görüşün təşəbbüskarının və ev sahibinin məhz Putin olduğunu söyləyib.

Regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə gəlincə, politoloq bu prosesin Azərbaycan və Ermənistan sərhədinin delimitasiya və demarkasiyasından sonra başlamasının daha arzuolunan olduğunu vurğulayıb.