30 Aprel 2024
"O kəndlər bizim deyil!" - Paşinyan ETİRAF ETDİ

"O kəndlər bizim deyil!" - Paşinyan ETİRAF ETDİ

19 Noyabr 2021
Baxış: 605

Ermənistan hakimiyyəti Gorus-Qafan yolunda “Eyvazlı” və “Çayzəmi” adlarından ona görə istifadə edir ki, heç kimin erməniləri qeyri-obyektivlikdə ittiham etməyə bəhanəsi olmasın.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deputat Mari Karapetyanın sualına cavabında deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhəd müəyyən edilməsə də, İrəvan SSRİ xəritələrini rəhbər tutur və sözügedən kəndlər Ermənistan SSR-in ərazisinə daxil deyil:

“Nəyəsə əsaslanmaq lazımdır, əks halda sual oluna bilər ki, nə üçün son silahlı insidentdə Ermənistan tərəfi öz ərazisini qoruduğunu bildirir. Əgər bizdən soruşsalar, necə qərara gəldiniz ki, bu, sizin ərazidir? Biz buna cavab verə bilərik: Eyvazlı və Çayzəminin bizim olmadığına necə qərar vermişiksə, o cür”. (Axar.az)