29 Aprel 2024
Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib

Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib

11 İyun 2020
Baxış: 481

İyunun 11-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti tərəfindən Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

“AJM-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdirilib.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

Teqlər: Nyu-Yorkdan