29 Aprel 2024
Nyu-York ştatında koronavirusdan ölənlərin sayı 20 mini ötüb

Nyu-York ştatında koronavirusdan ölənlərin sayı 20 mini ötüb

07 May 2020
Baxış: 430

ABŞ-ın Nyu-York ştatında yeni növ koronavirusdan (COVID-19) vəfat edənlərin sayı 20 mini ötüb.

AJM-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nyu-York ştatında koronavirusdan ölənlərin sayı 20 597 nəfərə çatıb.

Bildirilib ki, vəfat edənlərin 8491 nəfərini qadınlar, 12 097 nəfərini isə kişilər təşkil edir.

Xatırladaq ki, Con Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirus qurbanlarının sayı 74 mini keçib. Koronavirusa yoluxanların sayı 1 263 183 nəfərdir.

Teqlər: Nyu-York