29 Aprel 2024
Netanyahudan Baydenə SƏRT CAVAB: "İsrail hətta yaxın dostlarının da..."

Netanyahudan Baydenə SƏRT CAVAB: "İsrail hətta yaxın dostlarının da..."

29 Mart 2023
Baxış: 376

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin İsraildə məhkəmə islahatları prosesi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, rəhbərlik etdiyi hökumət geniş xalq konsensusu ilə hakimiyyətin üç qolu arasında lazımi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmlənməsinə sadiqdir:

“Mən prezident Baydeni 40 ildən çoxdur ki, tanıyıram, onun İsraillə çoxdankı dostluğunu yüksək qiymətləndirirəm. İsrail xalqın iradəsinə uyğun olaraq qərarlar verən suveren bir dövlətdir, xarici təzyiq altında deyil, hətta yaxın dostlarının da”.

Xatırladaq ki, dünən Ağ Evdə çıxış edən ABŞ prezidenti deyib ki, “İsrail bu yolda davam edə bilməz” (məhkəmə islahatları nəzərdə tutulur). O, yaxın vaxtlarda Benyamin Netanyahunu Vaşinqtona dəvət etməyəcəyinə eyham vurub.(sfera.az)