29 Aprel 2024
Netanyahu xəstəxanadan evə buraxıldı

Netanyahu xəstəxanadan evə buraxıldı

16 İyul 2023
Baxış: 484

İsrail Baş naziri Benyamin Netanyahu Şeba xəstəxanasını tərk edib.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Baş nazir elektron ürək müayinəsi də daxil olmaqla, bir sıra kompleks testlərdən keçdi, bütün müayinələrin nəticələri normaldır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Benyamin Netanyahu huşunu itirərək yerə yıxılmışdı. Bundan sonra baş nazir Şeba xəstəxanasına yerləşdirilmişdi.