29 Aprel 2024
Netanyahu hərbi polisə səfərbərlik əmri verib

Netanyahu hərbi polisə səfərbərlik əmri verib

08 Aprel 2023
Baxış: 386

İsrailin baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyat olan şəxsi heyətinin səfərbər edilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Həmçinin əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə də göstəriş verilib.

Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.