30 Aprel 2024
"Neftçi"nin sükanı klubun canlı əfsanəsinə tapşırılacaq?

"Neftçi"nin sükanı klubun canlı əfsanəsinə tapşırılacaq?

11 Aprel 2024
Baxış: 244

Rəşad Sadıqov uzun illərdən sonra «Neftçi»yə qayıda bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə SPORTİNFO.AZ məlumat əldə edib.

İnformasiyaya görə, «ağ-qaralar»ın Müşahidə Şurasının əksər üzvləri komandanın keçmiş kapitanını dönüşündə maraqlıdır.

Bu variant onlar arasında ciddi şəkildə müzakirə olunub. Şuranın adını çəkmək istəmədiyimiz 3 təmsilçisi Sadıqovun iyunda baş məşqçi postuna gətirilməsini təklif edib.

Bildiriblər ki, Miodraq Bojoviçlə əməkdaşlıq səmərəsiz görünür və o, burada qalarsa, qarşıya qoyulan hədəflərə çatmaq inandırıcı deyil.

Monteneqrolu çalışdırıcı ötən ilin dekabında (24-də) paytaxt təmsilçisində sükan arxasına keçib. 56 yaşlı balkanlı ilə 6 ay+1 illik müqavilə imzalanıb.

Bojoviç 2 tələb qarşılığında bu vəzifəyə üstlənib.

Birincisi, çəmpionluq.

İkincisi, ölkə kubokunun qazanılması.

O, ilk məqsəddən uzaq düşüb. «Qarabağ» Premyer Liqaının bitiminə 8 tur qalmış qızıl medalları özü üçün təmin edib.«Neftçi» isə 44 xalla hazırda turnir cədvəlinin üçüncü pilləsindədir. «Ağ-qaralar»ın ölkə kubokunda da işi çox çətindir. Yarımfinal mərhələsinin ilk oyununda «Qarabağ»a öz meydanlarında 0:4 hesabıyla uduzublar.

«Zirə»yə gəlincə, Rəşad Sadıqovun burada vəziyyəti xeyli yaxşıdır. «Qartallar»ın başında dördüncü mövsümünü keçirən 42 yaşlı çalışdırıcı Premyer Liqada ikinci yerdə getməyin ləzzətini yaşvyır.

Qəsəbə təmsilçisi kubokun finalına da iddialıdır: yarımfinalın birinci görüşündə «Qəbələ»ni 2:1 üstələyiblər.

Sadıqov «Neftçi»nin canlı əfsanəsidir. Uzun illər ağ-qara formanı geyinib (1999-2007).