30 Aprel 2024
Neft mədənindən metal oğurlamaq istəyən şəxs yaxalandı - FOTO

Neft mədənindən metal oğurlamaq istəyən şəxs yaxalandı - FOTO

01 Fevral 2022
Baxış: 509

Səbail rayonu, “20-ci sahə” yaşayış massivində neft mədənində oğurluğa cəhd olub.

AJMEDİA.İNFO xəbər verir ki, Mehdiyev Mehdi Sabir oğlu “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) mədən sahəsində 15 ədəd ştanqa və 10 ədəd diametri 73 mm olan metal boruları oğurlayıb VAZ-2107 markalı nəqliyyat vasitəsinə yükləyərkən neft mədəni ərazilərində təhlükəsizliyi təmin edən mühafizəçilər tərəfindən yaxalanıb.

Daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə saxlanılan şəxsin mədən ərazisindəki evinə baxış keçirilib və orada 41 ədəd ştanqa, 1 ədəd quyu nasosu, 20 ədəd ştanqanın doğranıb yığıldığı aşkar olunub. Ələ keçirilən materiallar “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə, oğurluq edən şəxs isə polis əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində boş torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlər neft hasilatı prosesinə, eləcə də quyuların təhlükəsizliyinin təmin edilməsinə ciddi maneələr yaradır.

Mühafizəçilərin sayıqlığı nəticəsində əksər oğurluq cəhdlərinin qarşısı alınsa da, bəziləri quyulardan kabellər, borular və digər metal avadanlıqları oğurlayıb dərhal yaxınlıqdakı evlərə girirlər.

Belə olan halda oğruların kimliyinin müəyyənləşdirilməsi xeyli çətinləşir. Bu cür oğurluq halları neftin hasil edilməsi və nəqlində fasilələrin yaranmasına da gətirib çıxarır.