29 Aprel 2024
Nazirlik pensiyalarla bağlı yeni MƏLUMAT YAYDI

Nazirlik pensiyalarla bağlı yeni MƏLUMAT YAYDI

25 May 2023
Baxış: 493

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Nazirlikdən AJMEDİA.İNFO-ya bildirilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.