30 Aprel 2024
"Mütəxəssislə əlaqə yaradılıb, yaxın günlərdə..." - Qurban Qurbanov bu iki klubdan birinə keçir?

"Mütəxəssislə əlaqə yaradılıb, yaxın günlərdə..." - Qurban Qurbanov bu iki klubdan birinə keçir?

16 Aprel 2024
Baxış: 303

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.

AJMEDİA.İNFO Offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var. Tanınmış çalışdırıcı ilə 2 klub yaxından maraqlanır.Bunu agent Emil Şükürov bildirib.

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir. İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir. "Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir" - Emil Şükürov qeyd edib.