Gözətçi kollecdə 17 yaşlı qızla cinsi əlaqədə oldu... - Lənk...
7 saat əvvəlMüdafiə Nazirliyi avtoşluq edən əsgərlə bağlı məlumat yaydı - VİDEO
24 May 2022
Baxış: 407
Müdafiə Nazirliyi Bakıda avtoşluq edən əsgərlə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib:
"N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.
Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.
Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".