29 Aprel 2024
Moskvada koronavirus qurbanlarının sayı 3,6 mini ötüb

Moskvada koronavirus qurbanlarının sayı 3,6 mini ötüb

22 İyun 2020
Baxış: 416

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 20 nəfər dünyasını dəyişib.

AJM “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3617-yə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 584 680 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7728 nəfər bu virusa yoluxub, 109 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8111 nəfərdir, indiyədək 339 711 nəfər sağalıb.

Teqlər: Moskva