29 Aprel 2024
Moskvada daha 76 nəfər koronavirusun qurbanı olub

Moskvada daha 76 nəfər koronavirusun qurbanı olub

01 İyun 2020
Baxış: 380

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

AJM “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin ümumi sayı 2553 nəfərə çatıb.

Teqlər: Moskva