29 Aprel 2024
Moskvada daha 48 nəfər koronavirus infeksiyasından ölüb

Moskvada daha 48 nəfər koronavirus infeksiyasından ölüb

17 İyun 2020
Baxış: 415

Rusiya paytaxtında daha 48 nəfər koronavirus infeksiyasından ölüb.

AJM-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada COVID-19 virusundan ölənlərin ümumi sayı 3434-ə nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada pandemiya ərzində 545 000 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 7 000-dən çox ölüm halı qeydə alınıb. Təqribən, 295 min nəfər sağalıb.

Teqlər: Moskva