29 Aprel 2024
Moskvada atışma olub: Ölənlər var

Moskvada atışma olub: Ölənlər var

07 Dekabr 2021
Baxış: 773

Moskvada ticarət mərkəzində atışma olub. İlkin məlumata görə, səbəb mühafizəçinin maska taxmaq tələbi olub. Yaranan münaqişə nəticəsində şəxs silahını çıxararaq ətrafa atəş açmağa başlayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Qurbanlar mülki vətəndaşlardır. Yaralılardan biri 10-11 yaşlı qızdı.

Şübhəli saxlanılıb. Onun Serqey Qlazov adlı Rusiya vətəndaşı olduğu müəyyənləşdirilib. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Teqlər: Moskva