29 Aprel 2024
Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq

27 May 2020
Baxış: 504

Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

AJM-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.

Teqlər: Moskva