29 Aprel 2024
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

07 May 2020
Baxış: 433

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Yaşayış minimumu haqqında”, “Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.