29 Aprel 2024
Meymun çiçəyinin əsas əlamətləri hansılardır? - Həkimdən AÇIQLAMA

Meymun çiçəyinin əsas əlamətləri hansılardır? - Həkimdən AÇIQLAMA

22 May 2022
Baxış: 461

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov özünün “Telegram” kanalında Meymun çiçəyinin əsas əlamətlərini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, səpgi, qızdırma, limfa düyünlərinin şişməsi, titrəmə, zəiflik və əzələ ağrısını xəstəliyi başlıca simptomları kimi qeyd edib.

Həkim 1950-ci ildən məlum olan və Afrikada meymunlarda aşkar edilən virusun insandakı çiçək xəstəliyinə bənzədiyini, lakin daha az yoluxucu olduğunu və ölüm nisbətinin təxminən on faiz təşkil etdiyini vurğulayıb.