29 Aprel 2024
Meydanı tərk edən “Fənərbağça” ilə bağlı QƏRAR VERİLDİ

Meydanı tərk edən “Fənərbağça” ilə bağlı QƏRAR VERİLDİ

11 Aprel 2024
Baxış: 297

“Qalatasaray”la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbağça” haqqında qərar verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, İntizam Komitəsinin qərarına əsasən, "Fənərbağça"ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, komanda 4 milyon lirə, Ahmet Ketençi isə 520 min lirə cərimələnib.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbağça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.