29 Aprel 2024
Messinin maaşı açıqlandı

Messinin maaşı açıqlandı

12 Aprel 2024
Baxış: 404

36 yaşlı argentinalı hücumçu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubunda aldığı məvacib məlum olub.

Məlumata görə, futbolçu ayda 1,6 milyon avro qazanır. Messinin illik maaşı isə 19,2 milyon avrodur.

Argentinalının MLS-də ən çox maaş alan futbolçu olduğu da bildirilir.

Xatırladaq ki, Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Transfermarkt portalında verilən məlumata görə, argentinalı futbolçunun bazar dəyəri 30 milyon avrodur.//Oxu.az

Teqlər: messi