29 Aprel 2024
Məşhur "qanuni oğru" başından GÜLLƏLƏNDİ - FOTO

Məşhur "qanuni oğru" başından GÜLLƏLƏNDİ - FOTO

06 Sentyabr 2022
Baxış: 451

Nüfuzlu gürcü əsilli “qanuni oğru”, “Gia Long” ləqəbli 68 yaşlı Georgi Diakvnişvili Moskvadakı evində başından aldığı güllə yarası ilə tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, sentyabrın 3-də təcili yardım briqadası Yeni Moskvanın Mostovskoye kəndinə çağırışla gəlib və nüfuzlu kriminal avtoriteti göz yuvasından güllələnərək yerdə uzanmış halda aşkar edib. Onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi və hazırda reanimasiyada olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşları “Makarov” markalı qaz tapançası götürüblər. Faktla bağlı cinayət işi açılıb.

İstintaq “qanuni oğru”nu öldürməyə cəhd, eləcə də intihara cəhd versiyalarını araşdırır.

Cinayət aləmində “Gia Lonq” kriminal aləmin “xaç atası” Aslan Usoyanın (Ded Xasan) tərəfdarı olması ilə tanınır və rəqibi Tariel Onianiyə qarşı çıxırmış.

"Gia Lonq"

(Lent.az)