30 Aprel 2024
Məşhur klinikada İNSİDENT - İki zabit mühafizəçini DÖYDÜ + FOTO

Məşhur klinikada İNSİDENT - İki zabit mühafizəçini DÖYDÜ + FOTO

16 May 2022
Baxış: 530

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən özəl xəstəxanada insident baş verib.

AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01 radələrində döyülüb.

Belə ki, hospitala gələn Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı polisə müraciət edilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.