29 Aprel 2024
“Məmməd Araz mənim deyil, Azərbaycan xalqının qohumudur” - Kürəkəni Aqil Abbas

“Məmməd Araz mənim deyil, Azərbaycan xalqının qohumudur” - Kürəkəni Aqil Abbas

16 May 2022
Baxış: 1237

“Məmməd Araz mənim qohumum deyil, bütün Azərbaycanın xalqının qohumudur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında millət vəkili, mərhum Xalq şairinin kürəkəni Aqil Abbas deyib. O, Məmməd Arazın adını daşıyan küçənin lövhəsinin aylardır dəmir konstruksiyanın arasında qalması ilə bağlı yayılan xəbərlər barədə danışarkən bu sözləri deyib:

“Mən Məmməd Arazı özəlləşdirməmişəm ki?! Məmməd Araz Azərbaycan xalqının oğludur, şairidir. Amma hər halda Nərimanov Rayon İcra hakimiyyətinin başçısı yenidir. İnanıram ki, ona məlumat çatsa, problem həllini tapacaq. Düşünürəm ki, bilən kimi məsələni həll edəcək”, deyə o söyləyib.

Qeyd edək ki, Bakının Nərimanov rayonu ərazisində mərhum Xalq şairi Məmməd Arazın adını daşıyan küçənin lövhəsi fevraldan bəridir dəmir konstruksiyaların arasında qalmışdı. Hazırda problem həllini tapıb.

Onu da bildirək ki, məsələ ictimailəşdirilməmişdən öncə lövhə aylardır, dəmir konstruksiyanın arasında qalmışdı.