29 Aprel 2024
Meksikada sel nəticəsində 6 nəfər öldü

Meksikada sel nəticəsində 6 nəfər öldü

07 Oktyabr 2021
Baxış: 456

Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, daha bir neçə rayon sakini itkin düşüb.

Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub.

Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib.

Hazırda hökumət qüvvələri ağır texnikadan istifadə etməklə təbii fəlakətin nəticələrini aradan qaldırır.