29 Aprel 2024
“Martda..." - Millət vəkilindən dollarla bağlı MÜHÜM AÇIQLAMA

“Martda..." - Millət vəkilindən dollarla bağlı MÜHÜM AÇIQLAMA

06 Mart 2024
Baxış: 693

"Azərbaycanda xarici valyuta sifarişi yenidən stabilləşir".

AJMEDİA.İNFO bildirir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, fevralda kəskin dollar tələbi var idi. Fevralda hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı və bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi. Martda isə dollar tələbinin stabilləşməsi müsbət haldır:

“Bununla yanaşı, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir. Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq”.

Millət vəkili qeyd edib ki, bu ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq:

“Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bütün bunların kontekstində, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu, növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər”.