30 Aprel 2024
Mariupolda mindən çox ukraynalı əsgər TƏSLİM OLDU - Rusiya MN

Mariupolda mindən çox ukraynalı əsgər TƏSLİM OLDU - Rusiya MN

13 Aprel 2022
Baxış: 899

“Mariupolda metallurgiya zavodunun ərazisində uğurlu hücum əməliyyatları nəticəsində 36-cı dəniz piyada briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq silahlarını yerə qoyub və təslim olub”.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, təslim olan hərbçilər arasında 162 zabit və 47 qadın hərbçi var.

Konaşenkov, həmçinin qeyd edib ki, 151 yaralı ukraynalı hərbçiyə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onların hamısı müalicə üçün Mariupol şəhər xəstəxanasına aparılıb.