29 Aprel 2024
“Lotu Quli”nin qətli ilə heç bir əlaqəm yoxdur - Lənkəranskinin qardaşı

“Lotu Quli”nin qətli ilə heç bir əlaqəm yoxdur - Lənkəranskinin qardaşı

06 İyul 2021
Baxış: 870

“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib. O, “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfər dünən Bakırköy məhkəməsinə çıxarılıb. Şübhəlilər N.A., C,K., E.A. və M.Y. barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Türkiyə mediasının iddiasına görə, Namiq Canıyev də axtarışa verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ildə, “Lotu Quli” isə 2020-ci ildə qətlə yetirilib.