29 Aprel 2024
Lənkəran və Gəncə şəhərlərində onlayn turizm və bələdçi xidmətlərinə dair təlimlər keçirilib (FOTO)

Lənkəran və Gəncə şəhərlərində onlayn turizm və bələdçi xidmətlərinə dair təlimlər keçirilib (FOTO)

30 Oktyabr 2023
Baxış: 390

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Turizm İnstitutunun Məzunları” İctimai Birliyi tərəfindən icra edilən “”Bələdçiyəm Mən - 2” onlayn turizm və bələdçi xidmətləri haqqında təlimlərin təşkili” layihəsi çərçivəsində 5-6 oktyabr tarixlərində Gəncə şəhərində, 14-15 oktyabr tarixlərində isə Lənkəranda təlimlər keçirilmişdir. Həyata keçirilən layihənin əsas məqsədi regionlarda turizm sektorunun inkişafına əsaslanaraq gənclərin bu sahəyə marağının artırılması, bələdçi işinin təbliği və onların məşğulluğunun artırılmasıdır.
Həyata keçirilən təlimlər çərçivəsində iştirakçılar bələdçilik işi ilə tanış olaraq bu sahədə yeni bilik və bacarıqlar əldə ediblər. Həmçinin iştirakçılar layihə çərçivəsində yerli və əcnəbi turistlər üçün yaradılmış https://yourguide.az/ saytı ilə tanış olaraq onun istifadə qaydası ilə məlumatlandırılıblar.