29 Aprel 2024
Lavrov “G-20”liyin toplantısını yarımçıq TƏRK ETDİ

Lavrov “G-20”liyin toplantısını yarımçıq TƏRK ETDİ

08 İyul 2022
Baxış: 366

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G-20”liyin toplantısını yarımçıq tərk edib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində bildirib. Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyəcək, habelə günü ikinic yarısında “G-20”liyin iclasına qatılmayacaq.

Qeyd edək ki, “G-20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarlaı ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.

Xatırladaq ki, iyulun 7-də qrupun xarici işlər nazirlərinin görüşü başlayıb.