29 Aprel 2024
Kürdəmirin zülmətə qərq olan mərkəzi küçə və prospektləri - VİDEO

Kürdəmirin zülmətə qərq olan mərkəzi küçə və prospektləri - VİDEO

13 Yanvar 2022
Baxış: 717

Bəzi küçələrdə işıq dirəkləri olsa da, işıq yoxdur. Bəzi küçələrdə isə nə dirək var, nə də işıq.

AJMEDİA.İNFO xəbər verir ki, Söhbət Kürdəmirin mərkəzi küçələrindən gedir.

Hər gün minlərlə sakinin istifadə etdiyi küçə və prospektlər gecə saatlarında zülmətə qərq olur. Bu hal əsasən rayonun Bakı, Babək və Heydər Əliyev prospektlərində müşahidə olunur.

İşıqlanma sisteminin olmaması piyadalarla yanaşı, sürücülərin də hərəkətini xeyli çətinləşdirir.

Qeyd olunan məsələ ilə bağlı Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, qısa müddətdə işıqlandırma problemi həll olunacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Teqlər: Kürdəmir