29 Aprel 2024
Kirayə yolu ilə mənzil almaq istəyən şəxslərin NƏZƏRİNƏ!: Bu şərtlərlə VERİLƏCƏK

Kirayə yolu ilə mənzil almaq istəyən şəxslərin NƏZƏRİNƏ!: Bu şərtlərlə VERİLƏCƏK

08 İyul 2022
Baxış: 425

Azərbaycanda 2020-ci ildən kirayə yolu ilə mənzil satışına başlanılıb. Statistika göstərir ki, ötən müddətdə dövlətdən kirayə yolu ilə mənzil alanların sayı sürətlə artır.

AJMEDİA.İNFO İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, 2020-ci ilin əvvəlində 23 mənzil kirayə yolu ilə satılmışdısa, hazırda bu göstərici 1700-ə çatıb.
2022-ci ilin əvvəlindən bəri daha 418 mənzil bu yolla satılıb.

Qeyd edək ki, kirayə yolu ilə mənzil almaq istəyən şəxslərin vəziyyəti bəzi şərtlərə uyğun gəlməlidir. İlk növbədə şəxs Azərbaycan vətəndaşı olmalıdır, müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalıdır, yaşı 60-ı keçməməlidir, rəsmi gəliri olmalıdır.

Qaydalara görə, kirayə yolu ilə alınacaq mənzil 2013-cü ilin yanvarın 1-dən sonra inşa edilməli, tam təmirli olmalıdır.
Şərtlərə uyğun gələn şəxs birillik kirayə haqqını ödəməklə kirayə müqaviləsi bağlaya bilər. Kirayə müqaviləsi üzrə mənzili alanın son ödəniş tarixinə yaşı 70-i keçməməlidir.