30 Aprel 2024
Keçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ

Keçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ

17 Aprel 2024
Baxış: 291

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

***

Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı report-a mərhumun ailəsi təsdiq edib.

O, bu gün 76 yaşında dünyasını dəyişib. (report)