29 Aprel 2024
Keçmiş Baş nazir güllələndi - ANBAAN VİDEO

Keçmiş Baş nazir güllələndi - ANBAAN VİDEO

08 İyul 2022
Baxış: 346

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe sui-qəsdə məruz qalıb.

AJMEDİA.İNFO bildirir ki, 67 yaşlı Şinzo Abe bu gün səhər saatlarında Nara şəhərində tədbirdə çıxış edərkən sinəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya yerləşdirilib, lakin səhhətinin kritik olduğu deyilir. Polis qruplarının araşdırması davam edərkən, Abeni vurduğu iddia edilən şəxsin nəzarətə alındığı bildirilib.

Hadisə şahidləri sabiq baş nazirin çıxışından 1-2 dəqiqə sonra iki atəş səsi eşidildiyini və seçki çıxışı üçün Narada olan Abeyə hücumdan əvvəl arxadan böyük bir silah çıxaran bir adam gördüklərini söyləyiblər. İlk atəş hədəfə dəyməsdə, lakin ikinci atışın Abenin kürəyinə dəydiyi güman edilib. Bundan sonra keçmiş baş nazir dərhal yerə yıxılıb və təhlükəsizlik qüvvələri qaçmağa cəhd etməyən hücumçunu yaxalayıb. 42 yaşlı hücumçunun keçmiş hərbçi olduğu açıqlanıb. Məlum olub ki, keçmiş əsgər 2005-ci ildə Yaponiya donanmasını tərk edib.

Qeyd edək ki, ilk dəfə 2006-cı ildə baş nazir olan Abe, Şimali Koreya tərəfindən qaçırılan Yapon vətəndaşlarının geri qaytarılması istiqamətindəki işləri ilə yadda qalıb.

(sfera.az)

Teqlər: Şinzo Abe