30 Aprel 2024
Kanadanın Baş nazirini daşqalaq etdilər - FOTO

Kanadanın Baş nazirini daşqalaq etdilər - FOTO

07 Sentyabr 2021
Baxış: 567

Kanadanın Baş naziri Castin Trüdo Ontraio əyalətində seçicilər tərəfindən daşqalaq edilib.

AJMEDİA.İNFO xəbər verir ki, baş nazir əyalətə sentyabrın 20-də keçiriləcək federal seçkilərlə bağlı kampaniya aparmaq üçün gedib.

Məlumata görə, seçki kampaniyası fəaliyyətinin ardınca avtobusa yaxınlaşan baş nazirin avtomoobilinə daş atılıb.

Baş nazir avtobusun ətrafını əhatəyə alan hirsli seçicilərlə mübahisə də edib. Etirazçı seçicilərə cavab verməyə çalışarkən baş nazirə daş atılıb.

Mühafizəçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarından qurulan dəhliz vasitəsilə Castin Trüdo ərazidən uzalaşa bilib.(teleqraf.com)