30 Aprel 2024
İtaliya parlamenti Zelenskinin çıxışını dinləməkdən İMTİNA ETDİ – Tribunalar BOŞ QALDI

İtaliya parlamenti Zelenskinin çıxışını dinləməkdən İMTİNA ETDİ – Tribunalar BOŞ QALDI

08 Aprel 2022
Baxış: 1049

İtaliya parlamentariləri Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışını dinləməkdən imtina ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Amerikanın “Politico” portalı məlumat yayıb. Bildirilib ki, bu addım Rusiyanın İtaliyada davamlı dəstəklənməsinin bariz nümunəsidir.

“İl Fatto Quotidiano”nun məlumatına görə, Zelenskinin də qatıldığı birgə iclasda azı 350 deputat və senator iştirak etməyib. Tribunalar demək olar ki, boş qalıb. Qeyd edək ki, İtaliya parlamentində 630 deputat və 315 senator var.

Parlamentdə sağ və sol qüvvələrdən ibarət blokun yaradıldığı da bildirilir. Onun üzvləri Kiyevə silah verilməsinə və hökumətin hərbi xərcləri artırmaq planlarına qarşıdırlar.(Konkret.az)